Azərbaycanın Milli Qəhrəmanı Samir Xasiyevin əziz xatirəsi anılıb

18 mart 2018-ci il tarixə Azərbaycanın Milli Qəhrəmanı, Dövlətçiliyimizin qorunması uğrunda şəhid olan Samir Xasiyevın anım günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, döyüş yoldaşları və yaxınları şəhidin ərazi bütövlüyü uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı məkana – ikinci Fəxri Xiyabana gələrək onun məzarını ziyarət edib, əziz xatirəsini anıblar
Mərasimdə Samir Xasıyevin keçdiyi döyüş yolundan danışılıb, həmçinin şəhidin timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və heç zaman unudulmayacağı vurğulanaraq, bu gün xalqımızda qələbəyə inam əzminin daha güclü olduğu və bu inamın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin sayəsində daha da yüksəldiyi, tezliklə erməni faşizmi üzərində möhtəşəm qələbənin işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə edilib.Şəhidin yaxınları dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.Qısa, lakin şərəfli və mənalı ömür yoluna nəzər salarkən, qeyd edək ki, Milli Qəhrəman Xasiyev Samir Zirəddin oğlu 20 aprel 1973-cü ildə Bakı şəhərində doğulub. 1980-cı ildə 82 saylı orta məktəbə gedib. 1988-ci ildə ailəsi ilə birlikdə Kirovabada (indiki Gəncə) şəhərinə köçdükləri üçün Samir təhsilini M.Müşfiq adına 14 saylı Beynəlminəl orta məktəbində davam etdirib. Orta məktəbi bitirib, Bakı şəhərinə qayıdır. Əmək fəaliyyətinə 1991-ci ildə "Bakı Soyuducular" zavodunda başlamışdır. Həmin ildə Bakı Dövlət Universitetinin tarix fakultesinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildə Bakı şəhəri Nərimanov rayonu hərbi komisarlığı tərəfindən hərbi xidmətə çağırılıb.Samir əvvəlcə Dərnəgüldə tikinti batalyonunda xidmət edib. 1992-ci ildə Vətənin çağırışına səs verən Samir könüllü olaraq ön cəbhəyə gedir, Pirəkişkildə, Salyanda qısa təlim keçdikdən sonra Qarabağa, döyüş bölgələrinə yollanır.Samirin erməni qesbkarlarına qarşı ilk döyüşü Ağdamın Mərzili kəndindən başlamışdır. 1993-cü ildə Fizulidə, Ağdamda, Ağdərədə yağı düşmənə qarşı döyüşlərdə iştirak edib.Samir düşmənin xeyli canlı qüvvəsini, tankını məhv edib. Bu müddət ərzində bir neçə dəfə yaralansa da döyüş bölgələrini tərk etməmişdir. İgidliyinə, şücaətine göre ona komandanlıq tərəfindən fəxri fərmanlar, mükafatlar verilib. Samirin gərgin döyüşlərindən biri də Tərtər cəbhəsində oldu. Ölümündən sonra qorxmayan Samir bir neçə dəfə düşmən mühasirəsini yarıb əsgərlərimizi xilas edib. Həmin döyüşdə kontuziya almışdır. Bacarıqlı, səriştəli komandirlik fəliyyətinə görə Samirə 10.000 ( on min) manat pul mükafatı verdilər və sonra onu 2 aylıq qısa müddətli zabitlər kursuna göndərdilər. Samir bu təlim məşq kursunda da seçilirdi. Ona Leytenant rütbəsi verilib. Az müddət ərzində özünə məxsus bir bölük yaratdı.1994-cü ildə məlum Gəncə qiyamına qarşı keçirilən əməliyyatların fəal iştirakçısı olmuşdur. Bu hadisədən sonra alay komandiri onu "Hərbi Xidmətlərinə görə" medalına təqdim edib.Leytenant tağım komandiri Samirin 1995-ci ildə son döyüşü Bakınin 8-ci km qəsəbəsində oldu. 17.03.1995-ci ildə Samir Dövlət Çevrilişinin qarşısını alarkən qəhrəmancasına Şəhid oldu.Samirin əməyini yüksək qiymətləndirilərək ona 04.04.1995-ci il tarixli fərman ilə Azərbaycanın Mlli Qəhrəmanı adı verildi.Nərimanov rayonunda sabiq Montin adına mədəniyyət və istirahət parkına Samirin adı verilib. Həmin parkda büstü qoyulub.Allah bütün şəhidlərimizə rəhmət eləsin!pia.az