Hindistanda avtobus dərəyə aşıb, azı 14 nəfər ölüb

Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 14 nəfər ölüb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Bihar ştatında baş verib.   Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.  Məlumata görə, idarəetməni itirən avtomobil maneəni uçuraraq, dərəyə yuvarlanıb. Qəzanın səbəbi açıqlanmır.   pia.az