Dünya Kubokunda daha bir Yaponiya gimnastı qızıl medal qazanıb

Yaponiya gimnastı Kenta Çiba Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda hərəkətlərdə qızıl medal qazanıb
PİA.AZ Trend-ə istinadən bildirir ki, yaponiyalı gimnast 14,999 xalla birinci olub.İkinci yeri 14,666 xalla Andrey Lixovitski (Belarus), üçüncü yeri 14,366 xalla Fərhad Arıcan (Türkiyə) tutub.Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.Bu mərhələdə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.Dünya Kuboku martın 18-dək davam edəcək.pia.az