Prezident Nazim İbrahimova daha bir müavin təyin etdi

Yeni müavin kimdir?
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin yeni müavini təyin olunub.PİA.AZ APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Faiq Maqbed oğlu Quliyev komitə sədrinin müavini təyin edilib.F. Quliyev buna qədər "SOCAR Energy Georgia" MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.Qeyd edək ki, bununla da komitənin sədr müavinlərinin sayı üçə çatıb.pia.az