“Apple Music” istifadəçilərinin sayı 38 milyona çatdı

“Apple” şirkətinin vitse-prezidenti Eddi Kyunun sözlərinə görə, “Apple Music” xidmətinin istifadəçilərinin sayı 38 milyona çatıb
Lent.az-ın Adindex.ru saytına istinadən məlumatına görə, təkcə son bir il ərzində istifadəçilərin marağı iki dəfə artıb. Belə ki, abunəçilərin ümumi sayının 36 milyonu ödənişli versiyadan istifadə edirlər. Statistikaya əsasən, əlavənin populyarlığı durmadan artmaqdadır. 2016-cı ilin sonuna ödənişli xidmətdən 20 milyon istifadəçi istifadə edib. Bu gün isə onların sayı iki dəfə artıb. Xatırladaq ki, “Apple Music” 2015-ci ilin yayında təqdim edilib. Üç il ərzində xidmət populyarlığına görə hətta “iTunes”i qabaqlayıb. Həmçinin “Apple Music”in tərtibatçılarının planlarına artıq bu ilin yayında “Spotifity”ni ödənişli abunəçilərin sayında qabaqlamaq niyyəti durur. pia.az