Enrike ilk dəfə əkizlərindən danışdı

3 ay əvvəl əkiz uşaq atası olan müğənni Enrike İqlesias ilk dəfə oğlu və qızından, sevgilisi Anna Kurnikovadan danışıb
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı ifaçı körpələri çox sevdiyini deyib: “Təxminən 12 həftə əvvəl ata olmuşam. Əminliklə bu həyatda ən əsas şeyin uşaqlara sevgi olduğunu deyə bilərəm. Mən onları çox sevirəm. Ən əsası, mən öz sevgilimi çox sevirəm”. Xatırladaq ki, ötən ilin dekabrın 16-da Enrikenin Nikolas adlı oğlu, Lüsi adlı qızı dünyaya gəlib.pia.az