Mingəçevirdə 57 yaşlı kişi bıçaqlanıb

Mingəçevir şəhərində 57 yaşlı kişi bıçaqlanıb
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Bayraq meydanı ərazisində baş verib.Belə ki, 1961-ci il təvəllüdlü şəhər sakini Malik Səfər oğlu Məmmədov bıçaqlanmış şəraitdə aşkarlanıb və dərhal xəstəxanaya yerləşdirilib.Əldə olunan ilkin məlumata əsasən, M.Məmmədov özünə bıçaqla xəsarət yetirdiyini deyib.Faktla bağlı araşdırma aparılır.pia.az