Liviya lideri Qəddafini kim öldürüb? – Faktlar Qətər rejimini nişan verir

Qətərin görkəmli biznesmeni Sultan bin Suheym əl-Tani martın 7-də əmirliyin “əl-Ərəbiyyə” telekanalına müsahibədə bildirib ki, Qətərin keçmiş sultanı Həməd bin Xəlifə əl-Tani 2011-ci il oktyabrın 20-də Liviya lideri Qəddafinin öldürülməsi haqda birbaşa göstəriş verib
O habelə deyib ki, bu, Həməd əl-Taninin həyata keçirdiyi yeganə cinayət deyil.Liviyanın “Аfrigеyt” portalı əlavə edib ki, Sultan öz atası şeyx Suheym bin Həməd bin Abdulla əl-Taninin 1985-ci ildə “məkrli və xain” qətlində Qətərin keçmiş liderinin əli olduğuna əmindir. O o zaman Qətər XİN-ə başçılıq edib. Ölümün rəsmi səbəbi kimi ürəktutması göstərilsə də, oğlunun əlində sübutlar var ki, atası zəhərlənib.“Afrigeyt”-n məlumatına görə, Muəmmar Qəddafinin qətlində Qətər rejimi təmsilçilərinin əli olduğu haqda məlumatları əvvəllər ortalığa çıxmış bəzi dolayı dəlillər də sübut edir.(Strateq.az )pia.az