“Milli Şuranın mitinqində iştirak etməyəcəyik, bizim üçün aktual deyil”

“AXCP – Müsavat partiyalarının birgə keçirəcəkləri mitinq barədə AMİP-ə müraciət olunmayıb. Əgər belə müraciət edilsəydi partiyanın müvafiq qurumlarında müzakirəyə çıxarılardı”
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Orucov müxalifətin 10 mart aksiyası ilə bağlı Strateq.az-a danışarkən deyib. Onun sözlərinə görə, partiya Milli Şuranın təyin etdiyi 10 mart mitinqində iştirak etməyəcək. Lakin partiya üzvlərinin aksiyada sərbəst iştirakına hər hansı məhdudiyyət qoyulmayıb: “Biz partiya üzvlərinin konstitusiyon hüquqlarına qadağa qoya bilmərik. Hər bir AMİP üzvü mitinqdə iştirakla bağlı qərarında sərbəstdir”.Ə.Orucov partiyanın etiraz aksiyaları ilə bağlı mövqeyini də açıqlayıb: “Mitinqlər hələlik AMİP üçün aktuallıq kəsb etmir”.pia.az