“Rəsmi Yerevanın bu siyasəti müsbət irəlləyişə mane olmaqdır”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində tikinti və məskunlaşma siyasətini bu il daha da genişləndirməyi planlayıb. Bu il ərzində işğal olunmuş ərazilərdə 6 su elektirik stansiyasının tikintisi, balıqçılıq təsərrüfatının yaradılması, turizm və digər iaşə obyektlərinin tikintisi üçün 100 milyon dollar vəsait  ayrılacağı qeyd edilir. Ağdərə rayonun Sərsəng-Madagiz bölgəsində əsasən balıqçılıq təsərrüfatı və hidroelektrik stansiya və turizm obyektlərinin tikintisi nəzərdə tutulub. Rəsmi Yerevanın bu siyasəti Qarabağ danışıqları sürəcinə zərbə vurmaq və müsbət irəlləyişə mane olmaqdır. Göründüyü kimi işğalçı ölkənin bu davranışları bütövlükdə diplomatik danışıqları fiaskoya uğradır. Rəsmi Bakı Ermənistanın məskunlaşma və tikinti siyasəti ilə bağlı Minsk qrupu həmsədr ölkələri məlumatlandırmalı və təzyiq siyasətinə keçməlidir. Azərbaycan İlk növbədə birtərəfli olaraq danışıqları dayandırmalı, işğalçıya hərbi təzyiqlərə başlamalıdır. Ermənistan rəhbərliyinin hazırkı siyasəti heçdə danışıqların müsbət irəlləməsinə zəmin yaratmır. Yenidən işğalçı ölkəyə  güc tətbiqinə başlanmalıdır. Ermənistan hakimiyyətində struktur islahatlar və parlament respublikasının yaradılması Sarkisyan rejiminə Qarabağ danışıqlarında güzəştə getməmək və yekdil qərarla status-kvonu qorumağa əlavə siyasi divident verəcək.pia.az