Bakıda 52 yaşlı kişi evdə ölü tapıldı

Bakıda mənzildə meyit tapılıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Sultanov Elman İsayeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.pia.az