“Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı

"Neftçi"nin sabiq hücumçusu Vladimir Voskoboynikov məşqçilik fəaliyyətinə başlayıb
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, o, Estoniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi kimi çalışacaq.Voskoboynikov eyni zamanda "Levadiya"nın futbol məktəbində idman direktoru vəzifəsini də davam etdirəcək.35 yaşlı mütəxəssis hazırda B kateqoriyalı məşqçi lisenziyasına sahibdi.Qeyd edək ki, karyerasını ötən ilin sonunda bitirən Voskoboynikov "Neftçi"də 2010-cu ildə oynayıb. O, 2007-2013-cü illərdə şəfərini qoruduğu Estoniya millisində 36 matçda 4 qol vurub.pia.az