Deputatdan soyadların milliləşdirilməsi barədə növbəti təklif

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Fərəc Quliyev milli soyadlarla bağlı problemin qaldığına diqqət çəkdi
O, təklif etdi ki, 15 yaşı tamam olmuş vətəndaşlardan dövlət rusumunun alınması ilə bağlı qəbul edilən qanunun tətbiqi zamanı soyadların məcburi qaydada milliləşdirilməsini də həyata keçirmək lazımdır. “İndidən bu prosesi başlasaq, qısa zamanda şəxsiyyət vəsiqələrində soyad sonluqlarının milliləşdirilməsinə nail ola bilərik”-deputat əlavə etdi.Komitə sədri Əli Hüseynli isə bildirdi ki, soyadların milliləşdirilmsi ilə bağlı məsələ aktualdır: “Amma insanlar seçimində azad olmalıdırlar. Yeni nəsil soyadlarının sonları artıq millidir və seçim etmək imkanı var. Hazırda familiyanın milliləşdirilməsi proseduru ASAN Xidmət vasitəsilə çox asanlıqla həyata keçirilə bilir”. (musavat.com)pia.az