Beynini aktivləşdirmək üçün klassik musiqi şərtdir

Çoxsaylı təcrübələr sübut edir ki, sakit klassik musiqi insanda həzz hormonunun ifrazını gücləndirir, baş beyin elektromaqnit dalğalarının amplitudunu azaldır
Alimlər araşdırma zamanı beyin sahələrinin aktivlik şəklini almaq üçün maqnit rezonansı vasitəsilə beyni skanlaşdırıblar.Bethovenin, Şumanın, Şopenin, Baxın əsərləri dinlənildikdən sonra beyin qabığının müəyyən sahələri oyanıqlı vəziyyətə keçib. Amma Motsartın əsərlərinə qulaq asdıqdan sonra beyin qabığının bütün sahələri, o cümlədən hərəkət koordinasiyası, görmə, şüurun ali proseslərini idarə edən və məkanda dərk etməni nizamlayan mərkəzlər aktivləşiblər. Motsartın yaratdığı şedevrlər arasında “İki fortepiano üçün sonata” (do major) xüsusi yer tutur. Bu musiqini dinləmək insanın beyin aktivliyini yüksəldir. (musavat.com)pia.az