560 mindən çox avtomobil geri çağırıldı

"Ford" və Çinin "Changan" şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb
Bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min "Mondeo" modeli və 2014-2017-ci illərdə buraxılan 200 min "Edge" modelinə şamil edilib.Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr "Changan Ford" birgə müəssisəsinin hesabına dəyişdiriləcək. (trend)pia.az