İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

Bu ilin iyul ayının əvvəlində Türkiyəyə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə ilk kommersiya qazı çatdırılacaq
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Reuters” agentliyinə bildirib.O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi (TAP) vaxtında, 2020-ci ildə istismara veriləcək.V.Bəylərbəyov konsorsiumun layihə üçün maliyyə axtarmağa davam edəcəyini də söyləyib.Məlum olub ki, Azərbaycanda “Abşeron”, “Ümid” və “Babək” yataqları işləndikcə Cənub Qaz Dəhlizi genişləndirilə bilər:“Bu il SOCAR və “Statoil” arasında “Qarabağ” yatağı ilə bağlı saziş imzalana bilər. Bir çox xarici şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” blokunun Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə işlənməsinə maraq göstərir və həmin şirkətlərlə danışıqlar aparılır”.pia.az