Silah gəzdirən Quba sakini Bakıda saxlanıldı

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 1 ədəd patron aşkar edilib.Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.pia.az