Gədəbəydə 20 yaşlı qız dərmandan zəhərlənib

Gədəbəy rayonunda psixoloji problemləri olan qız dərmandan zəhərlənib
Hadisə İnəkboğan kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Abbasova istifadə etdiyi həbləri həddindən artıq çox qəbul etdiyindən zəhərlənib. Ağır halda xəstəxanaya yerləşdirilən qıza tibbi yardım göstərilib. Onun vəziyyəti orta ağırdır. Yaxınları onun psixoloji problemlərinin olduğunu və bu səbəbdən əsəbə qarşı dərman preparatlarını normadan artıq qəbul etdiyini bildirib.Faktla bağlı araşdırma aparılır. (Report)pia.az