Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

Türkiyənin Tokat şəhərində sərnişin avtobuslarından birində aparılan yoxlamalar zamanı 17 kiloqram 421 qram ağırlığında heroin ələ keçirilib
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 2 şübhəli şəxs saxlanılıb.Tokat Polis İdarəsinin verdiyi açıqlamaya görə, İğdırdan İstanbula doğru hərəkət edən avtobusda tapılan 17 paket narkotik maddənin Azərbaycan əsilli A.M. və T.N-ə məxsus olduğu ortaya çıxıb.Avtobusun saxlanılmasını görən şəxslər öncədən çantalardan birini yol kənarına atıblar. Əməliyyat zamanı tapılan həmin çantada isə 8 kilo 700 qram heroin olduğu məlum olub.Ələ keçirilən narkotik maddələrin ümumi dəyərinin 3 milyon lirə (təxminən 1,4 milyon manat) olduğu bildirilir.Faktla bağlı istintaq davam etdirilir.pia.az