İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

Fevralın 18-də İranda regionun ən böyük günəş enerjisi stansiyasının tikintisinə başlanılacaq
Bunu APA-nın Tehran bürosuna açıqlamasında günəş enerjisi stansiyasının tikintisi üzrə layihənin rəhbəri Murtaza Şaini deyib.  O bildirib ki, 100 meqavat istehsal gücü olacaq stansiya Kirman əyalətinin  Mahan bölgəsində tikiləcək. Bölgədə yüzlərlə günəş panelləri quraşdırılacaq.  Tikinti işləri 20 ay davam edəcək. M. Şaini deyib ki, stansiya Almaniyanın  "Durion"  şirkətinin  investisiyası ilə tikilir.  Şirkət layihənin icrasına 140 milyon dollar sərf edəcək.  Elektrik enerjisinin satışından əldə olunacaq gəlir ilk 4 il ərzində Almaniya şirkətinə çatacaq.pia.az