Bayıldakı sürüşmə zonasından köçürülənlərə kirayə pulu veriləcək

Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi rəsmən təsdiqlənib
NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.pia.az