Prezidentliyə namizədliyi irəli sürülmüş 13 nəfərin sənədləri MSK-ya təqdim edilib

"Bu günə qədər prezident seçkilərdə namizədliyi irəli sürülmüş 13 nəfərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib"
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, MSK indiyə qədər 5 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.(APA)pia.az