ABŞ İrəvana sanksiyalar tətbiq edə bilər – Rəsmi

Ermənistana qarşı sanksiyalar riski mövcuddur
Bunu “Aykakan Jamanak” qəzetinə açıqlamasında Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib.“ABŞ qlobal iqtisadiyyata böyük təsir imkanlarına sahibdir. Sanksiyaların tətbiqində onların digər ölkələrlə hesablaşacağını düşünmək doğru olmazdı. ABŞ hətta bu məsələdə Avropa ölkələriylə də hesablaşmır. Ermənistan üçün problematik situasiya yarananda biz əyləşib danışmalıyıq. Risk hər zaman mövcuddur”, – deyə o bildirib.(Axar.az)pia.az