Böyük Britaniyanın Azərbaycan üzrə ticarət səfiri Bakıya gəlir

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət səfiri Baronessa Nikolson Bakıya səfər edəcək
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, o, sabah Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 4-cü iclasına qatılacaq.B. Nikolsonun Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, vergilər naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşü də nəzərdə tutulur.(APA)pia.az