“Afrindəki əməliyyatdan qayğılıyıq, ancaq Türkiyəni də anlayırıq” – Tillerson

“Suriyanın şimal-qərbində baş verən son hadisələrə görə Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”
Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Suriyada keçirdiyi aniterror əməliyyatını dəyərləndirərkən deyib.“Suriyanın şimal-qərbindəki son hadisələr bizi də qayğılandırıb. Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığının da fərqindəyik”, – ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.Qeyd edək ki, R.Tillerson hazırda Misirdə səfərdədir. O, Qahirədən İordaniyaya gedəcək. Daha sonra isə Türkiyəyə səfər edəcək/Report. pia.az