Venesuela borclarına görə BMT-də səsvermə hüququndan məhrum edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) normalarına uyğun olaraq, Venesuela borcları səbəbindən BMT Baş Assambleyası çərçivəsində səsvermə hüququndan müvəqqəti olaraq məhrum edilib
 RİA "Novosti" xəbər verir ki, 2018-ci ilin yanvar ayının sonuna olan borcluların siyahısında Venesuela ilə yanaşı, Mərkəzi Afrika Respublikası, Dominika, Ekvatorial Qvineya, Qrenada, Liviya, Surinam və Yəmən də yer alıb.Qeyd edək ki, Venesuela daha əvvəl - 2017-ci ildə də BMT-də səsvermə hüququndan məhrum edilib."Report"pia.az