Azərbaycan milli komandasının baş məşqçisi dəyişib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib
PİA.AZ-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə müddəti başa çatan İlham Əzizzadəni Zeynal Zeynalov əvəzləyib. Qeyd edək ki, Zeynalov əvvəllər futbolçu, futzalçı və çimərlik futbolçusu kimi çıxış edib.pia.az