2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu

“Apple” şirkəti 2018-ci il payızın əvvəlində üç ədəd yeni “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır
Lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, ənənəyə əsasən, 2018-ci ilin cihazları hələlik tam olaraq açıqlanmır.Ancaq məlumdur ki, bu modellərin əsas özəlliyi “Super Retina” çərçivəsiz ekranı olacaq. Həmçinin smartfonların üz skaneri olacaq və naqilsiz enerji doldurulmasını dəstəkləyəcəklər. Şəbəkədə artıq 2018-ci ildə istehsalı nəzərdə tutulan “iPhone”ların qiymətləri də dərc edilib. Tanınmış analitik Fil Cons “Apple” şirkətinin qiymət siyasətindən danışıb. Onun proqnozlarına əsasən, 6,1 düym həcmli İPS ekranlı smartfon 800-950 dollar qiymətində olacaq. 5,8 düym ölçülü OLED ekranlı smartfon 950-1100 dollar qiymətində olacaq. 6,5 düymlük OLED ekranlı “iPhone” isə 1100-dən başlayaraq 1250 dollar qiymətində satılacaq.  pia.az