Qüds müzakirə mövzusu deyil - Tramp

ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarı qətidir və müzakirə predmeti deyildir
PİA.AZ axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb."Qüdsü müzakirə masasından qaldıraraq İsrailin paytaxtı olduğunu və bunun artıq müzakirə predmeti ola bilməyəcəyini göstərdim", - Tramp bildirib.ABŞ prezidenti həmçinin İsrail və Fələstinin sülh masasında qarşılıqlı güzəşt etməli olduğunu qeyd edib.pia.az