Doğum evinin baş həkimi işdən azad olundu

Sumqayıtda baş həkim işdən çıxarılıb
PİA.AZ-ın xeberle.com-a istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər  2 saylı Doğum evinin baş həkimi Arzu Məhərrəmova işdən çıxarılıb. Həkimin işdən çıxarılma səbəbləri, hələ ki, məlum deyil.Baş həkimin özü ilə əlaqə saxlayıb onun işdən çıxarılma səbəblərini öyrənməyə çalışsaq da, bizə başqa yerdə olduğunu və hazırda danışmağın mümkün olmadığını bildirdi.Qeyd edək ki, A. Məhərrəmova bu vəzifəyə ötən ilin fevral ayında təyin olunmuşdu və buna qədər bir sıra tibb müəssisələrində həkim-ginekoloq vəzifəsində çalışıb.pia.az