Bayıldakı sürüşmə ilə bağlı rəsmi açıqlama: “4 ev dağılıb”

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev dağılıb
Bunu saytımıza açıqlamasında Səbail rayon icra hakimiyyətinin müavini Abid Əliyev deyib. Onun sözlərinə görə, hazırda əraziyə seysmoloqlar baxış keçirirlər:"Sürüşmə zonasında 90 ailə əvvəlcədən qeydiyyata alınıb. Onların siyahısı Nazirlər Kabinetinə tədqim olunub. Siyahı təsdiqlənəcəyi halda sakinlərə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək. Sakinlərdən bəzisi qohumlarının evində, bəziləri isə icra hakimiyyəti tərəfindən təyin edilən müvəqqəti sığınacaqlarda məskunlaşıblar. Xəsarət alan olmayıb. Sakinlər gündüzlər əşyalarını götürmək üçün evlərinə gəlir, gecəni isə orada qalmırlar".(yenicag.az)pia.az