Axtarışda olan 23 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Məlumata görə, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.pia.az