Rusiya parlamentariləri prezident seçkilərinin monitorinqində iştirak edəcəklər

"Rusiya parlamentinin üzvləri ənənəvi şəkildə Azərbaycanda keçirilən həm prezident, həm də Milli Məclisə seçkilərdə müşahidəçi missiyasında iştirak edirlər"
Bunu Rusiya bürosuna Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rusiyalı parlamentarilər müvafiq prosedurlardan keçməlidirlər."Prezident seçkilərində iştirak etmək üçün parlamentlərə müvafiq dəvətnamələr göndərilir. Təcrübə belədir. Bu dəfə də deputatlarımız Azərbaycanda keçiriləcək prezident seçkilərində təmsil olunacaqlar", - L.Slutski bildirib.O qeyd edib ki, Azərbaycan prezident seçkilərinə çiçəklənən iqtisadiyyat və inkişaf etmiş parlament sistemi ilə yaxınlaşır."Report"pia.az