İspaniya Kubokunda ilk finalçı müəyyənləşdi

Futbol üzrə İspaniya Kubokunda ilk finalçı müəyyənləşib
APA-nın xəbərinə görə. “Sevilya” klubu “Leqanes”ı 2:0 hesabı ilə məğlub edərək finala yüksələ bilib.“Sançes Pisxuan” stadionunda  baş tutan matçda Xoakin Korrea (15 dəq.) və Franko Vaskes (89) fərqləniblər. Komandalar arasında ilk matç 1:1 hesabı ilə nəticələnmişdi.Finalda “Sevilya” “Valensiya”-“Barselona” cütlüyünün qalibi ilə görüşəcək. pia.az