Fevralın 12-dən “Gəncəbank“ın təminatsız kreditorlarına ödənişlərə başlanacaq

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin bütün kreditorlarına müraciət edib
Fonndan verilən məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. "Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər", - deyə məlumatda vurğulanıb.pia.az