Azərbaycan kinosunun 120 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən musavat.com-a daxil olan məlumata görə iclasda İttifaqın sədri, xalq artisti, professor Şəfiqə Məmmədova, birinci katib, əməkdar incəsənət xadimi Cəmil Quliyev qurumun digər katibləri xalq artistləri Eldar Quliyev, Oqtay Mirqasım, Vaqif Mustafayev, xalq artisti, professor Siyavuş Kərimi, əməkdar incəsənət xadimi Ayaz Salayev, “Nərimanfilm” kinostudiyasının rəhbəri Nəriman Məmmədov, “Azərbaycanfilm” kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov “Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti” dizayn studiyasının rəhbəri, kinorejissor Yusif Quliyev, iştirak edib.İclasda Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunan tədbirlər planı təsdiq edilib və gündəlikdə olan digər məsələlər müzakirə edilib.pia.az