Şəhriyar Məmmədyarov üçüncü oldu

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin son turana yekun vurulub
Bu gün start götürən XIII turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Vişvanatan Anand ilə qarşılaşıb. Sözügedən görüş sülhlə bitib. Bununla da xallarını 8.5-ə çatdıran qrossmeyster turniri 3-cü pillədə başa vurub. Maqnus Karlsen və Aniş Qiri isə turnirin yekununda 9 xal toplayıblar. Çempionluq üçün onlar əlavə görüş keçirəcəklər. (azvision.az)pia.az