Jurnalist niyə vəfat edib? - Polisdən fərqli səbəb

"Zerkalo" qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikovun ölümü ilə bağlı ilkin rəsmi məlumat verilib
PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 23-də, saat 17:50 radələrində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün qarşısında ayağı və başı səkinin kənarına dəyib. N.Məlikov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.Qeyd edək ki, ilk olaraq N.Məlikovun ürəktutmasından vəfat etdiyi haqda məlumat yayılıb. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində bəlli olacaq.pia.az