Senat FES-in yeni rəhbərini təsdiqlədi

ABŞ Senatı Cerom Paueli Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsinə təsdiqləyib
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək. C.Yellenin vəzifə müddəti fevral ayında başa çatır.Qeyd edək ki, sərmayəçi bankir olan Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.pia.az