Ötən gün Azərbaycanda 108 cinayət faktı qeydə alınıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb
DİN-in mətbuat xidmətindən Musavat.com-a daxil olan məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.Axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.pia.az