Yığmamızın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilib
Apasport.az saytının məlumatına görə, bu barədə qərar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclasında verilib. Qərara əsasən, Tatyana Slojenitsina millinin baş məşqçisi vəzifəsindən azad edilib. Onun yerinə isə Elza Həsənova təyin edilib.pia.az