Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib- Bəyanat

“Suriya Ərəb Respublikası ölkənin ayrılmaz hissəsi olan Afrin bölgəsinə qarşı Türkiyənin qəddar təcavüzünü qəti şəkildə pisləyir və onun dərhal dayandırılması üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırır”
PİA.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in bəyanatında bildirilir.  Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.Əməliyyat çərçivəsində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.pia.az