Bakının mərkəzində tarixi yaşayış binası yanır - Yenilənib

Bakının mərkəzində yanğın başlayan yaşayış binası həm də tarixi bina sayılır
İçərişəhərin girişində, Vəli Məmmədov küçəsi 24 ünvanındakı tarixi beşmərtəbəli binada başlayan yanğın binanın mansardını və damını bürüyüb.Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.Yanğın lakollaşdırılıb. Hadisə yerindən fotoları təqdim edirik: *** Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində yaşayış binasının yanması ilə bağlı məlumat yayıb. PİA,AZ-ın FHN-nin saytına istinadən xəbərinə görə, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.  *** Bakıda yaşayış binasında yanğın başlayıb. APA-nın məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısının alınması üçün tədbirlər görülür.pia.az