Hövsanda zəncirvari yol qəzası baş verib

Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Hövsan qəsəbəsində qeydə alınıb
İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.Suraxanı Polisi hadisəylə əlaqədar araşdırma aparır. (APA)pia.az