İŞİD liderinin gizləndiyi yer məlum oldu - İddia

İraq və Suriyada İŞİD terror təşkilatının böyük ölçüdə dağıdılmasına baxmayaraq, onun lideri Əbubəkr Başdadinin aqibəti hələ də bilinmir
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İŞİD lideri ilə bağlı zaman-zaman səsləndirilən iddialara daha biri əlavə olunub.Araşdırmaçı və təhlükəsizlik mütəxəssisi Səid əl-Ceyyaşi “Anadolu”nun müxbiri ilə söhbətində qeyd edib ki, Bağdadinin Suriyada - İraq sərhədinə yaxın və hələ də İŞİD-in nəzarətində olan bir bölgədə yaşadığı ehtimal edilir. Onun sözlərinə görə, Bağdadi təşkilata rəhbərlik imkanlarını itirdiyi üçün hazırda “xəlifə” postunun boş olduğuna dair iddialar səsləndirilir.Silahlı təşkilatlar üzrə mütəxəssisi Hişam əl-Haşimi isə İŞİD liderinin hələ də İraq torpaqlarında olduğunu düşünür.“Dəqiq olmayan kəşfiyyat hesabatlarına görə, Bağdadi Səlahəddin vilayətinin Sirsar bölgəsindədir”, o deyib.pia.az