“Pişiyimin dərisini soyub saxlayıram” - Elza

Əməkdar artist Elza Seyidcahan “Sayqa ilə bu axşam” proqramının qonağı olub
Axşam.az-ın məlumatına görə, verilişdə maraqlı anlar yaşanıb. Belə ki, efirə müxtəlif heyvanlar gətirilib. E.Seyidcahan isə “Maki” adlı meymunu şou-biznes nümayəndələri arasında özünə bənzədib:"Mən də sənin kimi meymunam ey. Meymunu özümə oxşadıram".Müğənni eyni zamanda ölən pişiyindən danışıb. O bildirib ki, pişiyin dərisini soyub saxlayır:"Ondan sonra heyvan saxlamaram. Ceylanın ruhu inciyər. Mən çox etibarlıyam. Pişiyimin dərisini soyub başımın üstündə saxlayıram".pia.az