Müşviq “Bu şəhərdə”nin aktyorlarının əməliyyatından danışdı

Xəbər verdiyimiz kimi, “Bu şəhərdə"nin aktyorları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov əməliyyat olunub
Axşam.az-ın məlumatına görə, C.Rəhimovun rinoplastika etdirdiyi bildirilib. Ssenarist Müşviq Abbasov aktyorun 7 saat əməliyyatda qalmasının səbəbini açıqlayıb:“Coşqun burnundakı çəpər əyriliyini əməliyyat etdirirdi. Əməliyyat zamanı müəyyən olunub ki, burnunda polip və kista var. Ona görə də proses 7 saat çəkib və onlar təmizlənib”.Ssenarist Rafaelin də səhhətindən danışıb:“Rafael əməliyyat olunmayıb. Sadəcə endoskopik müayinə edilib. Loru dildə desək, zond udub. Ciddi bir problem yoxdur”.pia.az