Şeron Stoun təcavüzə uğramağından danışdı

Aktrisa Şeron Stoun başına gələnlərdən danışıb
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa Şeron Stoun “Seksual təcavüzə məruz qalmısınızmı?” sualına gülümsəməklə cavab verib. Daha sonra aktrisa çox şeylər yaşadığını deyib: “40 ildir ki, bu sahədəyəm. Mənim 40 il əvvəl gəldiyim bu kino biznesini təsəvvür edə bilərsiniz?” “Mən heç bir dəstək olmadan bura gəlib çıxmışam. Mən hər şeyi görmüşəm”- deyə o, əlavə edib. pia.az