“Neftin 70 dollar/barel qiyməti çox yüksək rəqəmdir” – “Deutsche Bank”

Son aylarda neft qiymətlərinin dinamikasının yaxşılaşması əsaslandırılmış proses olsa da, 70 dollar/barel həddindən artıq yüksək rəqəmdir
 "Forexpf.ru" saytı xəbər verir ki, bunu "Deutsche Bank"ın analitikləri bildiriblər.Bankın analitikləri neft qiymətləri üzrə proqnozlarını yüksəltsələr də, qiymət artımının davam edəcəyini gözləməməyi tövsiyə edirlər. Bankın proqnozlarına əsasən, OECD ölkələrində neft ehtiyatlarının normallaşması neft bazarında ümumi mühiti yaxşılaşdırmaqla bərabər, OPEC+ ölkələrinin neft hasilatının azaldılması anlaşmasının dayandırılması barədə müzakirələrə başlamasına səbəb olub. OPEC+ anlaşmasından çıxış neft qiymətlərinin ucuzlaşması üçün ABŞ-ın şist neft hasilatını sürətləndirməsi xəbərlərindən daha tutarlı olacağı qeyd olunur.Bankın ekspertlərinin fikrincə, OPEC+ anlaşması üçün 2018-ci il son tarix olacaq. Həmçinin, 2018-ci ildə "Deutsche Bank" analitikləri Afrika ölkələri tərəfindən neft tələbinin artacağını və Venesuelada hasilatın kəskin azalacağını bildiriblər. Bank 2018-si və 2019-cu illər üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu 55 dollardan 62 dollara, WTI üçün isə 2018-ci il üçün 51 dollardan 56 dollara qaldırıb."Report"pia.az