Son 2 gündə 10 qəza: 6 ölü, 7 yaralı

2018-ci il yanvar ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
Yanvarın 13-dən 15-dək daxili işlər orqanları tərəfindən gün ərzində 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.   Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.  Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.pia.az